• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 07.03.2024 17:42

Avtomobil elektrik dirəyinə, sonra evə çırpılıb, 5 nəfər xəsarət alıb

Qubanın Zizik kəndində "Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb. Hadisə zamanı Məmmədov Rəşid, Mustafayev Rövşən, İsayev Elmin, Mustafayev Rizvan və Xələfov Şəmsəddin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.