• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2300
— 07.03.2024 16:16

Binanın zirzəmisindən 8 kiloqramdan çox qurudulmuş marixuana aşkar edilərək götürülüb

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasının zirzəmisində narkotik vasitələr aşkarlanıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Vəliyev Emin Müşviq oğluna məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana oradan götürülüb. Faktla bağlı araşdırma aparılır.