• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1177
— 07.03.2024 15:50

Avtomobil dərəyə yuvarlanıb, baba və nəvəsi ölüb

Tovuzun Çobansığnaq kəndində Həsənov Ramiz Abbasəli oğlunun idarə etdiyi “Niva” markalı avtomobil dərəyə aşıb. Nəticədə sürücü və nəvəsi 15 yaşlı Həsənli Cavidan İlqar oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.