• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 06.03.2024 12:58

Azərbaycan boksçuları mərhələ adlayıblar

Azərbaycan boksçuları İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıblar. 63,5 kq çəkidə rinqə çıxan Tayfur Əliyev 1/32 finalda Argentinalı Matias Amaya Lusianonu mübarizədən kənarlaşdırıb. Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək.

71 kq çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan Əliyev isə bu mərhələdə mərakeşli Elabidine Amrouq Zineni məğlub edib. Əliyev 1/16 finalda litvalı Aleksandr Trofimçukla üz-üzə gələcək. Hər iki görüş martın 7-də baş tutacaq.