• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 05.03.2024 15:53

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

KepezTV Player

Müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Kərim Vəliyev Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli hərbi təlimlərin əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.