• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 05.03.2024 14:01

DİM rəhbəri: Azərbaycan dili bacarıqları üzrə sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq

Azərbaycan dili bacarıqları üzrə imtahan verərək sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq. Bunu “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modelinin təqdimatı zamanı Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Sədr əlavə edib ki, Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli təqdim olunub. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək. İmtahanlarda iştirakçılara sertifikat veriləcək.