• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 05.03.2024 12:06

Oğurluq və narkotiklə bağlı 2 nəfər saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları rayon ərazisində “Kamaz” markalı yük avtomobilini oğurlamaqda şübhəli bilinən Seymur Qafarzadəni saxlayıblar.Onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb. Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Yusif Mirzəyev saxlanılıb. Ondan isə heroin aşkar olunaraq götürülüb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.