• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 05.03.2024 09:20

Bu gün Novruzun ikinci - Od çərşənbəsidir

KepezTV Player

Bu gün Novruzun ikinci - Od çərşənbəsidir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar. Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə ayın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 7:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.