• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1851
— 05.03.2024 09:17

Narkotik satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Baş İdarərinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Gəncəyə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb. İrandan qeyri-qanuni yolla gətirilmiş narkotikin ölkə ərazisində çatdırılmasını təmin etmək istəyən Samux sakini Elşən Xəlilov yaxalanıb. Onun əlindəki çantadan qara bazarda qiyməti 500 min manata yaxın olan 14 kq 926 qram çəkidə heroin aşkar edilərək götürülüb. 

Şəhər sakini Yaşar Abbasovun əlindəki çantadan isə 18 kq 400 qram çəkidə qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı şübhəli şəxs narkotik vasitənin ona aid olmasını, bir müddət əvvəl gizlətdiyi yerdən götürüb, Gəncə şəhərinə gətirən zaman saxlanılmasını etiraf edib.

Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının ötən həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda və satmaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərində, avtomobillərində, yaşadıqları evlərdə, o cümlədən digər yerlərdə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsiredici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Həmin şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində əməliyyatlar davam etdirilir.