• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1639
— 04.03.2024 19:54

5 mart günü ilə bağlı veloyürüş keçirilib

KepezTV Player

5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində veloyürüş təşkil edilib. Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan yürüşdə 10 yeniyetmə pedal ustası iştirak edib. Yürüşə Heydər Əliyev adına Park kompleksinin ərazindəki velosiped yolunun başlanğıcından start verilib. Təxminən 2 km-dən çox məsafə qət edən velosipedçilər Gəncə Gənclər Evinin qarşısında finişə çatıblar. Sonda yürüş iştirakçıları idarə tərəfindən sertifikatla təltif olunublar.