• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1169
— 04.03.2024 19:39

Azərbaycan Prezidenti Pakistanın Baş nazirini təbrik edib

KepezTV Player

 “Qardaş ölkə və etibarlı tərəfdaşımız olan Pakistanla münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurur. Bunu Prezident İlham Əliyev Pakistanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə Məhəmməd Şahbaz Şərifə ünvanladığı təbrik məktubunda qeyd edib. Dövlət başçısı bundan sonra da Azərbaycan ilə Pakistanın qardaşlığa, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələrin və strateji tərəfdaşlığı genişləndirmək əzmində olduğunu vurğulayıb. Ölkə rəhbəri siyasi dialoqu davam etdirmək, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq məqsədilə Şahbaz Şərifi Azərbaycana səfərə dəvət edib.