• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1803
— 02.03.2024 16:28

Ceyhun Bayramov Türkiyədə iraqlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində iraqlı həmkarı Fuad Hüseyn ilə görüşüb. Görüş zamanı dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluq vurğulanıb.
Ceyhun Bayramov Antalyada Lüksemburqun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib. Görüş zamanı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalı, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.