• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 02.03.2024 16:21

Qazın ödənişi ilə bağlı sistemdə müvəqqəti fasilə yaranacaq

Bu gün saat 22:00-dan sabah saat 12:00-dək qaz abonentləri üçün ödəniş sistemi əlçatmaz olacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Buna səbəb "SmartElektroniks" MMC tərəfindən "Azəriqaz"ın AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq. Qeyd olunub ki, abonentlərdən bu müddət ərzində ödəniş etməmələri xahiş olunur.