• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 872
— 02.03.2024 16:15

İlkin tibbi yardım fləşmobla aşılanıb

Səhiyyə Nazirliyi və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə Gəncədə "İlk tibbi yardım - ikinci həyata addım" adlı fləşmob keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi əhalinin ilk yardım bacarıqlarına yiyələnməsi və bu sahədə maarifləndirmə işlərin aparılmasıdır. Elektrik vurmalar, epilepsiya tutmaları, qanaxmalar, yanıqlar, zəhərləmələr və fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları fləşmob formasında nümayiş etdirilib. Kollecin tələbələri tərəfindən iştirakçılara  ürəyin qapalı masajı və süni tənəffüs qaydaları göstərilib. Müxtəlif təxirəsalınmaz vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsinin əhəmiyyəti aşılanıb. Aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər də paylanılıb.