• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2061
— 02.03.2024 16:01

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub

Kür çayının Qazax rayon 1-cı Şıxlı kəndindən keçən hissəsində qeyri-qanuni balıq ovu ilə məşğul Arif Məmmədkərimov saxlanılıb. O, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində yaxalanıb. Yoxlama zamanı Məmmədkərimovdan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumlyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, 105 ədəd xramulya ədəd balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.