![](http://www.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/samaxinarko.jpg?itok=VASX7_cZ)
Şamaxıda polis Yevlax sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudovu saxlayıb. Ondan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub. Profilaktik tədbirlər nəticəsində 5-i könüllü, 2-si əməliyyat yolu ilə olmaqla ümumilikdə 7 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
- Baxış: 170