• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1184
— 01.03.2024 11:57

"Sarı-göylər"in avtobus problemi həll olunub

KepezTV Player

“Kəpəz” futbol klubunun yeni avtobusunun təqdimatı keçirilib. Komandaya alınan nəqliyyat vasitəsi Heydər Əliyev adına Park-Kompleksinin girişindəki Zəfər tağının önündə ictimaiyyətə təqdim olunub. Avtobus komandanın rənglərinə uyğun bəzədilib, üzərində klubun emblemi və Kəpəz PFK sözü əks etdirilib. Həmçinin “sarı-göylər” 1997-1998-ci illər mövsümündə çempion olarkən və elə həmin il ölkə kubokunu başı üzərinə qaldırarkən heç bir rəqibə məğlub olmadığı üçün aldığı ləqəb “Yenilməz Armada” sözü də avtobusun arxasına həkk olunub. Əyalət təmsilçisinin “Daewoo” markalı nəqliyyat vasitəsi 48 oturacaqlıdır və bu gündən etibarən komandanın ixtiyarına verilib.