• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 28.02.2024 16:59

Zəncirvari qəzada avtomobil marketə çırpılıb, xəsarət alan var

Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsində Yüksək sürətlə hərəkətdə olan “Toyota Camry” markalı maşının sürücüsü sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi onunla eyni istiqamətdə olan “Mercedes”ə çırpılıb. Ardınca “Mercedes” “Lada Priora” markalı maşına dəyib. İdarəetmədən çıxan “Lada” marketin şüşəsinə çırpılaraq dayanıb. Qəza zamanı “Mercedes” markalı maşında olan sərnişin müxtəlif xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt araşdırılır.