• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 28.02.2024 15:44

İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İradan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə  41 kiloqram 535 qram marixuana, 1 kiloqram 15 qram metafetamin aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.