• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 27.02.2024 12:26

Lənkəran sakinləri 15 kq narkotiklə saxlanılıblar

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər yaxalanıb. Masallı -Yardımlı yolunun 39-cu kilometrliyində Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov "Vaz 2106" markalı avtomobildə saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.