• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 27.02.2024 12:17

İtaliyalı rəsmilər inşa edilən ən böyük elektrik stansiyasına baxış keçiriblər

KepezTV Player

Mingəçevirdə inşa edilən yeni elektrik stansiyasına artıq İtaliya şirkəti tərəfindən istehsal olunan 2 ədəd turbin və 2 ədəd generator gətirilərək yerinə quraşdırılıb. “AzərEnerji”dən bildirilib ki, 2 dəst isə hazırda sifarişə uyğun olaraq İtaliyada yığılır və növbəti mərhələdə Azərbaycana göndəriləcək. O cümlədən stansiyanın qazan utilizatorları da artıq xüsusi texniki vasitələrlə gətirilərək ağır tonnajlı kranlar vasitəsilə yerində quraşdırılır. Yeni elektrik stansiyada İtaliya istehsalı olan avadanlıqların quraşdırılması işlərinə, texniki vəziyyətinə baxış keçirmək üçün İtalyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və “Ansaldo Energia” şirkətinin prezidenti Fabbrizio Fabrini Mingəçevirdə olublar. Qonaqlar tikinti ərazisinə, turbin və generatorlara baxış keçiriblər.