• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 27.02.2024 12:05

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

KepezTV Player

Bu gün Novruzun ilk - Su çərşənbəsidir. Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.