• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 27.02.2024 10:08

Gəncədə ata və qızı bıçaqlanıb

KepezTV Player

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb. 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı, 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir. İlkin məlumata görə ata ilə qızını ailənin kürəkəni, 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Məhəmməd Mirzəyev bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.