• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1176
— 26.02.2024 16:02

Xocalıya nəzərdə tutulan köç prosesi yaxın vaxtlarda başlayacaq

KepezTV Player

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura qaçqın və məcburi köçkünlərin qaytarılma prosesi davam edir. Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev deyir ki, dövlət proqramında Xocalıya nəzərdə tutulan köç prosesi yaxın vaxtlarda başlayacaq. 

İbrahim Mirzəyev- Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri: "Növbəti köçXxocalı şəhərinə nəzərdə tutulub. Qeyd edim ki, mart ayında 50 ailənin Xocalı şəhərinə köçürülməsi nəzərdə tutulur. Xüsusilə qeyd etmək istəyirəm ki, bu ailələr əsasən çətin, ağır şəraitdə yaşayan ailələr arasından seçilir. Və qeyd edim ki, 1992-ci ilə qədər həmin evlərdə yaşayan şəxslər ölkə başçısının tapşırığına əsasən yenidən bərpa olunan, tikilən öz evlərinə köçürülməsi nəzərdə tutulub".