• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 26.02.2024 08:56

XİN: Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, Xocalı soyqırımı qurbanlarına vəfa borcudur

KepezTV Player

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi digər insanlıq əleyhinə cinayətlər kimi Xocalı soyqırımı da beynəlxalq humanitar hüququn, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyaların kobud şəkildə pozulmasıdır. Xarici işlər Nazirliyinin bəyanatında bildirilib ki, Ermənistanın cəzasızlığına son qoyulmaması, Vətən müharibəsində əhaliyə qarşı cinayətlərə gətirib çıxardı.  Azərbaycan milli səviyyədə, eləcə də beynəlxalq hüquq çərçivəsində görülən tədbirlərin cəzasızlığa son qoyulmasına, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcəyinə inanır. "Bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır. Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, Xocalı soyqırımı qurbanlarına vəfa borcudur.", - deyə byanatda qeyd edilib.