• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 25.02.2024 20:44

Döyüş tətbiqinə yararlı qumbara aşkarlanıb

Bakıda 1 ədəd qumbara aşkarlanıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra sursatın döyüş tətbiqinə yararlı 1 ədəd PQ-2 qumbarası olduğu müəyyən edilib. Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.