• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 24.02.2024 18:06

Yəhudilər Xocalı faciəsini pisləyiblər

KepezTV Player

Gəncədə Yəhudi Dini İcmasının üzvləri Xocalı faciəsinin ildönümünü yad ediblər. Xocalıda insan qanına susayan ermənilərin vəhşiliyindən danışılıb. Yüzlərlə dinc sakinin qətlə yetirilməsi təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı soyqırım kimi dəyərləndirilib. Azərbaycanın tolerant ölkə olmasına diqqət çəkən yahudilər, digər xalqların nümayəndələri ilə birgə əmin-aman şəraitdə yaşadıqlarını vurğulayıblar. Vətən müharibəsindən sonra işğaldan azad edilən digər ərazilər kimi, Xocalının da yenidən qurulduğunun sevinclə qarşılandığını bildiriblər.

Arif Babayev- Gəncə Yəhudi Dini İcmasının sədri: “Xocalı soyqırımının anım gününü anırıq, qeyd edirik. Bunu biz hər il anıb, qeyd edirik. Bunu yəhudi xalqı həmişə pisləyibdir. Həmişə Azərbaycan xalqı yəhudi xalqı ilə bir yerdədir, yəhudi xalqı da Azərbaycan xalqı ilə dostluq, mehribanlıq, qardaşlıq münasibətləri yaradırlar”.

Akif Abbasov- icma üzvü: “Bizim yəhudi Aqaranov tankçı Azərbaycan Milli Qəhrəmanıdır. Fədakarlıqla vuruşub, ermənilərin lazımınca cavabını veribdir. Dünyada ən axırıncı törədilmiş vəhşilik Xocalı faciəsidir”.

Aidə İsayeva- icma üzvü: “Burada heç bir millətlərə seçkilik yoxdur. Öz vətənimizdir və gözəl yaşayırıq. Bir-birimizlə qardaşlıq, bacılıq münasibətimiz var. Pisləyirik və belə soyqırımı Allah heç bir millətə, ölkəyə göstərməsin”.

Elnur Rzayev