• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 702
— 24.02.2024 16:50

İstanbulda Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunub

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasətinin ağır fəsadlarından danışılıb. Konfransda dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan ümumilikdə 50 nümayəndə iştirak edib. İştirakçıların böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi altında olan dənizaşırı ərazilərindən gələn şəxslərdir. Onlar Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səsləniblər.