• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 24.02.2024 15:20

Şagirdlər final mərhələsində iştirak üçün imtahan veriblər

KepezTV Player

Gəncədə şagirdlər arasında Respublika fənn olimpiadasının yarımfinal turu keçirilib. Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin nəzdində fəaliyyət göstərən məktəblərdə təhsil alan 530 şagird 7 fənn üzrə imtahan verib. 8-11 sinif şagirdləri 3 saat ərzində 30 sualı cavablandırmalı olub. Test formasında təşkil edilən imtahanda cavabların qiymətləndirilməsi 100 ballıq sistemlə aparılacaq. Keçid balını toplayanlar Respublika fənn olimpiadasının final mərhələsinə vəsiqə qazanacaqlar. Final mərhələsinin aprel ayında keçirilməsi nəzərdə tutulur.

Səməndər Həsənov- imtahan rəhbəri: “Respublika fənn olimpiadasının qalibləri, yəni medal alan şagirdləri DİM-in imtahanlarında iştirak etmədən universitetlərə qəbul olmaq şansları qazanırlar”.

Orxan Cəfərzadə