• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 24.02.2024 15:15

Ombudsmandan Xocalı soyqırımının törədildiyi ərazidən beynəlxalq qurumlara müraciət

KepezTV Player

Ombudsman Aparatı Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “Xocalının səsi” adlı videoçarx hazırlayıb.  Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Xocalı soyqrımından sağ çıxmağı bacaran bir qrup sakinlə birlikdə qətliamın törədildiyi əraziyə gedib. O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı şahidlərin fikirlərini dinləyib. Eyni zamanda soyqırımla bağlı yeni faktlar lentə alınıb. Ombudsman Səbinə Əliyeva dünya ictimaiyyətinə, beynəlxalq qurumlara səslənib, Xocalı soyqırımında əli olan şəxslərin məsuliyyətə cəlb edilməsində Azərbaycana dəstək olmağın vacibliyini vurğulayıb.