• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 24.02.2024 15:12

Azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının səlahiyyətlisi Eldar Səmədov vurğulayıb ki, torpaqlarımız işğaldan azad olunandan sonra itkinlərlə bağlı yeni müraciətlər daxil olur. Belə müraciətlərdən Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. "Sonuncu nəfəri də aşkar edənə qədər çalışacağıq. Onların hamısının taleyi aydınlaşacaq. Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir. ", - deyə Eldar Səmədov qeyd edib.