• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 24.02.2024 15:07

Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər

KepezTV Player

Cari ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb. Hədəflərə müxtəlif vəziyyətlərdən atəşin aparılması üzrə tapşırıqlar icra olunub. Toplanışda fəaliyyətlər uğurla yerinə yetirilib.