• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1530
— 24.02.2024 11:53

Mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb

KepezTV Player

Qobustannın Çuxanlı və Yekəxana kəndlərində yerləşən, ümumilikdə, 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə da polisə məlumat daxil olub. Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxslər kassalardakı pulu, telefon danışıq kartlarını və dəyəri 1000 manatdan yuxarı tütün məmulatlarını oğurlayıblar. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər – Fərid Ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Qəzənfər İsaqlı, Qərib İsmayılov, Cahandar Cəbrayılov və Müşviq Həsənov saxlanılıblar. Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra Bakıya qayıdaraq, əldə etdiklərini öz aralarında böldükləri müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.