• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 24.02.2024 11:45

Rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxs saxlanılıb

KepezTV Player

Hacıqabulda polis küçələrdə olan rabitə dirəklərindən 10000 manat dəyərində 1750 metr TPP tipli kabel oğurlayan rayon sakini, əvvəllər oğurluq və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və hazırda törətdiyi sonuncu cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ələm İbrahimov saxlanılıb. Adıçəkilən şəxs cari ilin yanvar-fevral ayları ərzində gecə saatlarında rabitə dirəklərindən kommunikasiya kabellərini kəsərək, tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrindən birinə satıb və əldə etdiyi pulla özünə narkotik vasitə alıb. Kabellərin bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Bundan əlavə, saxlanılan zaman keçirilən şəxsi axtarış zamanı ondan heroin də aşkarlanıb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.