• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1654
— 23.02.2024 19:22

Mirdaməd Əzizovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Mirdaməd Əzizovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. Əzizovun özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edərək qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət edən çoxsaylı vətəndaşlara yalan vədlər verib, həmin şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr müəyyən edilib. Mirdaməd Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.