• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 23.02.2024 17:00

Avropa Liqasında “Qarabağ”ın 1/8 finaldakı rəqibi bəlli olub

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində  Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olub. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi 1/8 finalda Almaniyanın "Bayer" klubu ilə qarşılaşacaq. "Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək. "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib. Püşkatmanın nəticəsinə əsasən, müəyyənləşən digər cütlər "Sparta" Praqa - "Liverpul", "Marsel" - "Vilyarreal", "Roma" - "Brayton", "Benfika" - "Reyncers", "Frayburq" - "Vest Hem", "Sportinq" - "Atalanta", "Milan" - "Slaviya" Praqadır. 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.

Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb, "Fənərbağça"nın rəqibi bəlli olub

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü də atılıb. Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi bəlli olub. İstanbul klubu bu raundda “Sent-Jiloaz”la ilə üz-üzə gələcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın "Dinamo" Zaqreb komandası isə PAOK-a rəqib olub. Bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.