• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 23.02.2024 16:59

Saxta alkoqollu içki istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

KepezTV Player

Samuxun Qarayeri qəsəbəsində fəaliyyət göstərən alkoqollu içkilərin istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının keçirdiyi yoxlama nəticəsində müəssisədə suyun və digər xam maddələrin istehsalda normativlərə uyğun olmadan istifadə edildiyi, şüşə butulkaların fərqli miqdarda doldurulduğu və üzərindəki etiketlənmədə Azərbaycan dilində məlumatların olmadığı məlum olub. Faktlarla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.