• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 23.02.2024 09:46

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncədə polis müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb. Saxlanılan şəxslərin üzərinə, avtomobilinə, yaşadığı evə, o cümlədən digər yerlərə baxış zamanı müxtəlif çeşidli narkotik vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı, Gəncə şəhəri ərazisində satmaq və yaymaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aralarında əvvəllər də törətdikləri analoji cinayətlərə görə məhkum olunmuş bir neçə şəxsin yaşadıqlar evə baxış keçirilən zaman narkotik maddələrlə yanaşı, odlu silahlar da aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.