• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 22.02.2024 19:14

Kanalda batması ehtimal olunan uşağın axtarışı var

İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. Uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 80 nəfərə yaxın şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 14 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub.