• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 22.02.2024 11:45

Üç avtomobil toqquşub, xəsarət alanlar var

KepezTV Player

Bakının Binəqədi rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza olub. Mir Cəlal və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində qeydə alınan qəza "Audi", "KİA" və "Toyota" markalı avtomobillərinin iştirakı ilə baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Qəzaya uğrayan avtomobillər yoldan götürülərək aidiyyati üzrə təhvil verilib. Əraziyə polis əməkdaşları cəlb edilib.