• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 22.02.2024 07:37

"Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik"

Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik. Bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza cavab oyunu ilə bağlı mətbuat konfransında deyib. 27 yaşlı hücumçu ilk görüşdəki  məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib. O, rəhbərliyin komandadan qələbə tələb etməsinə münasibət bildirib: "Bunu oyunçulara psixoloji təzyiq hesab edə bilərsiniz. Amma biz buna motivasiya kimi baxırıq" - Banza söyləyib. Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.