• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 21.02.2024 15:54

Qurbanov: "İlk oyunun hesabı bizi aldatmamalıdır"

“Bizim üçün çox vacib və dəyərli oyundur. Fikrimizi tam olaraq rəqibə yönəltmişik”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis ilk görüşdə səfərdə 4:2 hesablı qələbə qazanmalarına baxmayaraq, ehtiyatı əldən verməyəcəklərini bildirib. Əlavə edib ki, ilk oyunun hesabı onları aldatmamalıdır.
 

Juninyo: "Şansları yarı-yarıya dəyərləndirirəm"

Olavio Juninyo- “Qarabağ”ın futbolçusu: "Maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Matça ciddi hazırlaşmışıq. Doğma azarkeşlərimizin qarşısında oynamağımız önəmli faktordur, üstünlükdür. Oyunun taleyini detallar həll edə bilər. Buna diqqət yetirməliyik. Düşərgəmizdə ab-hava çox yaxşıdır. Futbolçularımız oyuna kökləniblər. Rəqib düşərgədəki açıqlamaların bizə təsir göstərəcəyinə inanmıram. İlk görüşdə inamlı qələbə qazandıq. Hər iki komanda üçün çətin oldu. Öz meydanımızda hər şeyin bizim üçün yaxşı nəticələnəcəyinə inanırıq. Avropa Liqasında istənilən nəticə gözləniləndir. İlk matçda qazanılan qələbə, hələ heç nə demək deyil. Şansları yarı-yarıya dəyərləndirirəm".