• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 21.02.2024 12:16

İşğal dövründə 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb

KepezTV Player

Azərbaycan ərazilərinin işğal altında olduğu 30 il ərzində 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb. Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, həmin ərazilərdə həmçinin 7 sututar olub. İşğal dövründə Ermənistan Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurub, su hövzələrini çirkləndirib, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edib. Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymayıb. Artıq işğaldan azad edilən ərazilərdə su infrastruktunun bərpası istiqamətində işlər görülür. Laçın şəhərində yeni içməli və tullantı su şəbəkələri istismara verilib, Füzuli şəhərində yeni layihənin icrasına başlanılıb. Şuşa şəhərinin içməli su təminatında dayanıqlılığın artırılması məqsədilə Zarıslıçay nasos stansiyasının və mərkəzi su anbarının inşası başa çatıb.