• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2283
— 20.02.2024 15:49

Kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir

KepezTV Player

Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 11 yaşlı Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 75 nəfərdən ibarət şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 13 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub.