• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 20.02.2024 13:45

Polis narkotik vasitələr və silahla bağlı 5 nəfəri saxlayıb

KepezTV Player

Qubada polislər Bakı sakinləri Vüqar Kərimov, Eltac Quliyev, Vadim Abramov, Sumqayıt sakini Elşən Quliyev və Quba sakini Tural Əliyevi saxlayıb. Həmin şəxslərin üzərlərindən 2 kiloqramdan artıq marixuana, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd tapança götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tural Əliyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, digər şəxslərin barələrində isə həbs qətimkan tədbiri seçilib.