• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 19.02.2024 16:15

Şəkidə zəncirvarı yol qəzası olub

KepezTV Player

Şəkidə zəncirvarı yol qəzası olub. Hadisə Şəki-Qax avtomobil yolunun Quxmuq kənd inzibati ərazisindən keçən hissəsində, Quxmuq körpüsünün üstündə baş verib. Qəza zamanı biri sərnişin daşıyan mikroavtobus olmaqla 10-a yaxın avtomobil toqquşub. Avtomobillərin sürücüləri və sərnişinlərdən xəsarət alan olmayıb. Lakin avtomobillərdən dördünə ciddi ziyan dəyib. Qəzaya səbəb dumanlı hava və körpününü yol örtüyünün buz bağlaması olub. Faktla bağlı araşdırma aparılır.