• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 19.02.2024 13:42

Ev yanıb

KepezTV Player

Cəlilabad rayonunda yanğın olub. Hadisə şəhərin Cavadxan küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Buna baxmayaraq ümumi sahəsi 100 kvadratmetrə yaxın olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.