• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1423
— 19.02.2024 13:41

Hoteldə yanğın baş verib, 25 nəfər təxliyə edilib

KepezTV Player

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən hoteldə yanğın olub.FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kv.m. olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kv.m. sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən hoteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.