• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 18.02.2024 19:06

Avtomobil iki qadını vurub

KepezTV Player

Qazaxda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Qarapapaq-Ağköynək-Çaylı avtomobil yolunun rayonun Ağköynək kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qazax sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən iki piyadanı vurub. 49 yaşlı Elmira Şıxlinski və 17 yaşlı Rəqsanə Məmmədova xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.