• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 17.02.2024 20:03

“Gəncə” UNEC-i asanlıqla məğlub edib

KepezTV Player

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XIII tura yekun vurulub. Son oyunda UNEC öz meydançasında “Gəncə”ni qəbul edib. Görüşün əvvəlindən üstün təsir bağışlayan sarı-göylər 3:0 hesablı asan qələbə qazanıb. Hazırda “Azərreyl” 33 xalla turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 29 xalla 2-ci, “Abşeron” 27 xalla 3-cü, “Gəncə” 18 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.